Türkiyə millisinin futbolçusu tarixə düşdü

Günün Ən Son Xəbərləri 2021-06-22 02:08:51
Türkiyə millisinin futbolçusu tarixə düşdü

Futbol üzrə Avropa çempionatları tarixində ilk yaşanıb.

"Report"un məlumatına görə, bu, AVRO-2020-nin İtaliya və Türkiyə yığmaları arasındakı açılış oyununa təsadüf edib. 53-cü dəqiqədə meydan sahiblərindən Domeniko Berardinin ötürməsindən sonra qonaq komandanın futbolçusu Merih Demiral topu öz qapısına göndərib. Bununla da qitə çempionatları tarixində birinci top avtoqolla vurulub.

İtaliya yığmasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə komandanın qolkiperi Canluici Donnarumma 22 yaş 106 günündə meydana çıxaraq, Corco Getsiyə (23 yaş 342 gün) məxsus ən gənc qapıçı göstəricisini yeniləyib. Getsi 1960-cı illərdə forma geyinib. Donnarumma "Milan"da çıxış edir.

Qeyd edək ki, AVRO-2016-da ilk qolu Fransa millisindən Olivye Jiru vurub.


Əlavə Edilib: 12 ?yun , 2021,01:06 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş