AVRO-2020: Danimarka 25 min azarkeşə icazə verdi

Günün Ən Son Xəbərləri 2021-06-23 16:47:24
AVRO-2020: Danimarka 25 min azarkeşə icazə verdi

Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına tribunadan 25 000 azarkeş baxa biləcək.

"Report" xəbər verir ki, bu barədə Danimarka hökumətinin açıqlamasında bildirilir.

Hökumət həmçinin əksər ictimai yerlərdə tibbi maska taxılmasını ləğv edib. Kopenhagendə B qrupunun 3 oyunu və 1/8 final mərhələsinin 1 görüşü təşkil ediləcək.

Daha əvvəl Danimarkanın əcnəbi azarkeşləri Kopenhagendə keçiriləcək oyunlara buraxmağı planlaşdırmadığı məlum oldu. Rusiya Futbol İttifaqı (RFU) UEFA-ya müraciət edərək komanda azarkeşlərinin qəbulu məsələsinin həllinə köməklik göstərilməsini xahiş edib. Lakin Danimarka rəhbərliyi müsbət cavab verməyib.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Əlavə Edilib: 10 ?yun , 2021,10:57 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş