AVRO-2020: Almaniyalı jurnalist Rusiyaya buraxılmadı

Günün Ən Son Xəbərləri 2021-06-23 14:39:36
AVRO-2020: Almaniyalı jurnalist Rusiyaya buraxılmadı

Almaniyanın WDR İctimai telekanalının jurnalisti Robert Kempe AVRO-2020-nin Sankt-Peterburqdakı matçlarının akreditasiyasından məhrum edilib.

"Report"un məlumatına görə, bu barədə qərar Rusiya hökumətinin sorğusu əsasında verilib. Almaniya Jurnalistlər Assosiasiyası (DJV) qərarın əleyhinə çıxıb: "Bu, mətbuat azadlığına qarşı belə bir yolverilməz addım Rusiyanın tənqidi məqalələr görmək istəmədiyini göstərir və bu, gələcəkdə jurnalistlərə təsirsiz ötüşməyəcək".

DJV jurnalistin Avropa çempionatında işləməsi üçün UEFA-nın Rusiyaya təsir göstərəcəyini gözlədiyini açıqlayıb. Lakin Avropa futbol qurumu bildirib ki, qərarı dəyişdirmək və ya onun səbəbi barədə ətraflı məlumat almaq imkanında deyil.

Rusiyanın Xarici İşlər Nazirliyi isə nə müxbir, nə də redaksiyadan Avropa çempionatının bu ölkədəki qarşılaşmalarına akreditasiya müraciəti aldığını bəyan edib.

Qeyd edək ki, idman və siyasət arasındakı əlaqələri arasdırmaq üzrə ixtisaslaşmış Robert Kempe bu yaxınlarda "Qazprom"la UEFA-nın münasibətlərini tənqid edib. Rusiyadakı 2018-ci il dünya çempionatı ərəfəsində isə o, Çeçenistanla bağlı, həmçinin Moskvada stadion tikintisi üçün şimali koreyalıların tutulma məsələsini araşdırıb.


Əlavə Edilib: 11 ?yun , 2021,19:22 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş