"Araz-Naxçıvan"ın oyunlarının vaxtı açıqlanıb

Günün Ən Son Xəbərləri 2021-08-06 01:04:49

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv F qrupundakı ilk matçını avqustun 21-də Cəbəllütariqin "Europa" komandasına qarşı keçirəcək.

Bu qrupun oyunları Latviyada olacaq.

21 avqust

16:00. “Araz–Naxçıvan” – “Europa” (Cəbəllütariq)

Salaspils şəhəri. İdman Kompleksi

22 avqust

16:00. “Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi.

24 avqust

21:00. “Raba” (Latviya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi


Əlavə Edilib: 20 ?yul , 2021,12:03 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş