“AmCham” “Ağ Sənəd”in növbəti nəşrini ictimaiyyətə təqdim edib

Günün Ən Son Xəbərləri 2021-06-22 01:47:53
 “AmCham” “Ağ Sənəd”in növbəti nəşrini ictimaiyyətə təqdim edib

Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair müşahidələr və tövsiyələrə dair “Ağ Sənəd”in növbəti nəşrini ictimaiyyətə təqdim edib.

"Report" xəbər verir ki, bu məqsədlə keçirilən mətbuat konfransına “AmCham”ın Direktorlar Şurasının üzvləri, komitə rəhbərləri, dövlət rəsmiləri və media nümayəndələri qatılıb.

“Ağ Sənəd” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədi ilə iki ildən bir hazırlanır və hökumətə təqdim olunur. Sənəddə “AmCham” üzvlərinin Azərbaycanın biznes mühitinin və son nəticədə ölkənin inkişafına töhfə verəcək dəyişikliklər barədə kollektiv tövsiyələri əks olunub.

“Ağ sənəd” iki hissədən ibarətdir - ümumilikdə əks olunan məsələləri əhatə edən “Giriş” hissəsi və daha spesifik məsələlərə dair təklifləri özündə cəmləşdirən “Tövsiyələr” hissəsi. Əvvəlki illərdə tərtib edilmiş sənədlərdə əks olunan tövsiyələr dövlət proqramlarına əlavə edilib və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnib ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsir göstərib.

“AmCham” hər zaman hökumətlə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir. Biz hökuməti özəl sektorun düşüncələri və biznes mühitindəki dəyişikliklər barədə məlumatlandırmanın çox vacib olduğunu düşünürük. “Ağ Sənəd 2021” vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və s. kimi müxtəlif sahələrdə həll ediləcək məsələləri əhatə edir. Pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirlərinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən atılan addımlar təqdirəlayiq olmuş və təsadüfi deyil ki, həyata keçirilən tədbirlər əhəmiyyətli mənada öz müsbət nəticələrini də göstərmişdir. Biz inanırıq ki, AmCham üzvləri tərəfindən bu Sənəd çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi ölkəmizdə aparılan iqtisadi islahatlara növbəti töhfə olacaqdır”, - “AmCham”ın prezidenti Nuran Kərimov qeyd edib.

Daha sonra “AmCham”ın Vergi və Gömrük, İnsan Resursları və Əmək, Rəqəmsal Texnologiya və İnnovasiyalar, Hüquq və Komplayens, Satınalmalar və digər komitələrinin rəhbərləri çıxış edərək “Ağ Sənəd”in müvafiq sahələrdəki tövsiyələri barədə ətraflı məlumat veriblər.


Əlavə Edilib: 11 ?yun , 2021,11:40 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş