Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var

Günün Ən Son Xəbərləri 2021-07-25 13:32:03
Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1973-cü il təvəllüdlü İslamov Cavanşir Ələddin oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 22 ?yul , 2021,23:52 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş