Afrika ölkəsi Tokio-2020-dən imtina etdi

Günün Ən Son Xəbərləri 2021-07-25 12:36:59
Afrika ölkəsi Tokio-2020-dən imtina etdi

Qvineya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmayacaq.

"Report" "France-Press" agentliyinə istinadən xəbər verir ki, ölkənin idman naziri Sanussi Sou koronavirus pandemiyası səbəbindən olimpiadada iştirak etməyəcəklərini açıqlayıb.

Nazir bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb. O, yoluxma halları artdığı üçün bu addımı atdıqlarını bildirib.

AFP Qvineyanın maddi problemlər ucbatından "Tokio-2020"dən imtina etdiyini yazıb.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.


Əlavə Edilib: 22 ?yul , 2021,09:03 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş