AFFA-nın icraçı vitse-prezidenti könüllülərə təşəkkür etdi

Günün Ən Son Xəbərləri 2021-08-06 01:56:06
AFFA-nın icraçı vitse-prezidenti könüllülərə təşəkkür etdi

"Avropa çempionatı başa çatdı, artıq klublarımız avrokuboklarda mübarizəyə başlayıb".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın feysbuk səhifəsinə açıqlamasında deyib.

"Qarabağ"ın İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyən Məmmədov könüllülərin işini yüksək qiymətləndirib: "Azarkeşlər stadionda komandalarla birgə futbol həyəcanı yaşayır, dəstəklərini nümayiş etdirirlər. Sevindirici haldır ki, AVRO-2020-də olduğu kimi, könüllülərimiz yenə bizimlədir. Təşəkkürlər"!

Qeyd edək ki, hazırda "Qarabağ" - "Aşdod" matçında ikinci hissə oynanılır və hesab açılmayıb.


Əlavə Edilib: 22 ?yul , 2021,21:23 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş