ABŞ-ın Bratislavaya atdığı aviabomba tapıldı

Günün Ən Son Xəbərləri 2021-07-25 14:00:18
ABŞ-ın Bratislavaya atdığı aviabomba tapıldı

II Dünya müharibəsi dövründə ABŞ tərəfindən Slovakiyanın paytaxtı Bratislava şəhərinə atılan partlamamış aviabomba aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Pravda” nəşri məlumat yayıb.

Yaxınlıqdakı evlərdə və inzibati binalarda olan insanlar təxliyə edilib, nəqliyyatın hərəkəti dayandırılıb. İstehkamçılar bombanı Bratislavanın kənarındakı xüsusi poliqonda məhv etmək niyyətindədirlər.

Qeyd olunub ki, aviabomba 1944-cü ilin iyun ayında Bratislavadakı neft emalı zavodlarını məhv etmək üçün atılıb.


Əlavə Edilib: 21 ?yul , 2021,02:36 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş