ABŞ-da seçkilərin nəticələri açıqlanmamış fond bazarlarında azalma baş verir

Günün Ən Son Xəbərləri 2021-03-06 03:10:58
ABŞ-da seçkilərin nəticələri açıqlanmamış fond bazarlarında azalma baş verir

ABŞ-da 3 noyabr seçkilərinin nəticələrinə dair rəsmi açıqlama gözlənərkən fond bazarlarında bir qədər azalma nəzərə çarpır.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi (DJIA) 0,13 faiz qalxaraq 30.325 bəndə yüksəldiyi halda, NASDAQ yüksək texnologiyalar indeksi də 2,19 faiz azalaraq 12.513,88 bəndə, “S&P 500” məcmu indeksi də 0,51 faiz azalaraq 3.699,38 bəndə geriləyib.

Ekspertlərin qənaətincə, Demokratlar Partiyasının Senatda üstünlük qazanması bazarlarda müsbət əks-səda doğura bilər. Belə ki, belə olan halda Konqresin iqtisadiyyata dəstək planını təsdiq edəcəyi bildirilir.


Əlavə Edilib: 6 Yanvar , 2021,19:49 • Oxunub: 4

Sosial Şəbəkələrdə Paylaş