100 yaşlı “Gürcüstan”: nüfuzuna layiq olmayan şəraitdə yaşadılan qəzet, həllini tapmayan əzəli problem - VİDEOREPORTAJ

Günün Ən Son Xəbərləri 2021-07-24 06:11:54
100 yaşlı “Gürcüstan”: nüfuzuna layiq olmayan şəraitdə yaşadılan qəzet, həllini tapmayan əzəli problem - VİDEOREPORTAJ

Gürcüstanda Azərbaycan dilində nəşr olunan yeganə rəsmi “Gürcüstan” qəzeti bu il 100 yaşını qeyd edir. 1921-ci ilin mart ayından çap olunan qocaman mətbu orqanı sovetlər dönəmində böyük nüfuza sahib olub. Nəşr tarixində keşməkeşli dövrlərlə çox üzləşib. 1945-ci ildə qəzetin sələfi “Sovet Gürcüstanı”nın nəşri 15 il müddətinə dayandırılıb. Sovet illərində qəzet dövlət mətbəəsində fəaliyyət göstərib, daha sonra binadan çıxarılıb və redaksiya məktəb zirzəmisində məskunlaşmağa məcbur olub.

“Report”un yerli bürosunun əməkdaşları 22 İyul - Milli Mətbuat Günü ərəfəsində qəzetin redaksiyasına baş çəkib, bir əsrlik nəşri bu gün narahat edən məsələlər və üzləşdiyi çətinliklərlə tanış olublar.

Şəraitsiz redaksiya

“Gürcüstan” qəzetinin təşkilati-huquqi forması məhdud məsuliyyətli cəmiyyətdir və MMC-də 51 %-lik pay Gürcüstan hökumətinə məxsusdur. Mətbu orqanın redaksiyası Tbilisidə, Marcanişvili metro stansiyasının yaxınlığında, şəhərin bir sıra dövlət idarələrinin fəaliyyət göstərdiyi sovet dövründən qalma hündürmərtəbəli binanın IV mərtəbəsində 3 otaqda yerləşir. Binanın fasadı kimi interyeri də köhnəlmiş haldadır, bəlkə də tikilinin istismar müddəti çoxdan başa çatıb.


Əlavə Edilib: 22 ?yul , 2021,17:23 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş